Rail Məlikovun klubundan daha bir məğlubiyyət

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası – “Dənizlispor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Orduspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Bir aylıq komandadan uzaqlaşdırılan Rail bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, “Dənizlispor” hazırda 16 xalla 13-cü yerdə gedir.

Həmin kateqoriyadan