Ramil Quliyev Azərbaycan Atletika Federasiyasını nədə günahlandırdı?

Azərbaycan əsilli atlet Ramil Quliyev xarici mətbuata müsahibə verib. Allsport.az saytı xəbər verir ki, Pekində təşkil edilən dünya çempionatında 200 metr məsafəyə finalında Useyn Boltla mübarizə aparan həmyerlimiz, onu ötməyə də nail olub.

Baku.ws-ın məlumatına görə, Türkiyə vətəndaşı olduğu 2011-ci ildə ölkəsi Azərbaycan ilə yaşadığı problemlərdən danışan Ramil, bu barədə belə deyib: “2012-ci il London Olimpiadasında Türkiyə adına yarışmaq üçün icazə ala bilmədim. Azərbaycan Atletika Federasiyası ilə atama görə  problemim oldu. Onlar mənə heç dəstək olmadılar.

Atamı itirmək mənim üçün son nöqtə oldu. Anladım ki orada heç bir şey dəyişməyəcək. Buna görə də Türkiyəyə gəldim. 2012-ci ildəki yarışları qaçırdım, amma 2016-ci ildə mənim ilim olacaq. 2016-ci il Rio Olimpiadasında mənim üçün ən pis ehtimal finalda qaçmaq, ən yaxşısını isə hamımız bilirik”.

Türkiyədə çox xoşbəxt olduğunu, dinc və rahat bir mühitdə məşq etdiyini deyən 25 yaşındakı atlet vəziyyətindən məmnun olduğunu söyləyib.

Həmin kateqoriyadan