Ramil Quliyev: «Rio-2016-da hədəfim qızıl medaldır»

Türkiyə millisinin Azərbaycan əsilli atleti Ramil Quliyev ilk hədəfinə çatıb. Allsport.az saytının məlumatına görə, o, may ayında keçirilən yarışda Rio-2016-ya vəsiqə qazanıb. İndi həmyerlimizin məqsədi Braziliyada keçiriləcək oyunlarda qızıl medala yiyələnməkdir. Bu barədə qaçışçı saytımıza açıqlamasında söyləyib. Deyib ki, zaman-zaman ustalığını artırır, qələbəyə inamı daha çoxalır.

Ramil Quliyev, olimpiya oyunları və dünya çempionatlarında qara dərili atletlərin xofuna münasibət bildirib. Onun sözünə görə, Dəfnə Şippers də ağ dərilidir. Amma niderlandlı qaçışçı bu il Pekində keçirilən planetin ən güclülərinin yarışında 200 metr məsafədə 1-ci yer tutub. Sitat:

«Həmkarım mən qaçan proqramda uğur qazandı. Yəni, güclü istək olsa, hər şeyi gerçəkləşdirmək olar. Rio-2016-da hədəfim qızıl medaldır. Asan heç nə yoxdur. Amma zirvəyə yetişəcəyimə inanıram».

Xatırladaq ki, Pekində təşkil olunan dünya çempionatında 25 yaşlı atlet final mərhələsinə qədər irəliləyib. O, seçmə raundda son illərin ən titullu və ən bərk qaçan adamı Useyn Boltdan daha yaxşı nəticə göstərib. «Fənərbağça»lı sprinter KİV verdiyi açıqlamalarda bildirib ki, nə vaxsa yamaykalı 6-qat olimpiya və 9-qat dünya çempionunu geridə qoyacaq.

Həmin kateqoriyadan