Ramil Quliyev tarix yazdı: ilk dəfə dünya çempionu oldu!

Londonda atletika üzrə dünya çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, bu yarış diqqət çəkən, yadda qalan hadisələrlə zəngindir. 100 metr məsafəyə qaçışda əfsanəvi Useyn Boltu ötən amerikalı Castin Qatlin qızıl medal qazanıb. O, qalib gəldikdən sonra yamayka idmançının qarşısında diz çökərək ona öz ehtiramını bildirib. Yeri gəlmişkən, bu dünya çempionatı Useyn Bolt üçün vida olub.

200 metr məsafəyə qaçışda sprinterimiz Ramil Quliyev Türkiyə adına tarix yazıb. Həmyerlimiz bu proqramda hamını qabaqlayıb, həm öz karyerasında, həm də qardaş ölkədə atletikada ilk qızıl mükafata yetişib. Zəfərdən sonra o, ilk olaraq doğma bayrağını istəyib və sevincini Azərbaycan – Türkiyə baqraqları ilə qeyd edib.

Bizi təmsil edən Efiopiya əsilli legionçu Hayle İbrahimov 12-ci yer tutub. Xatırladaq ki, Ramil Quliyev Azərbaycanda diqqətsizlik üzündən London-2012 olimpiadasından öncə doğma ölkəsini tərk edərək Türkiyəyə köçmüşdü.

Həmin kateqoriyadan