Ramil Şeydayevə yeni baş məşqçi

Milli futbolçu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubunun baş məşqçisi Andrey Tixonovla yolunu ayırıb.

Allsport.az saytı xəbər verir ki, o, uğursuz nəticələrə görə göndərilib. Komanda 9 turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.

Artıq premyer liqa təmsilçisinə yenisi gəlib. Samara klubu 50 yaşlı serbiyalı mütəxəssis Miodraq Bojoviçlə anlaşıb.

 

Həmin kateqoriyadan