Ramil Şeydayev bir mövsüm “Qarabağ”da!

“Qarabağ”ın bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, komandamız millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Müqavilə ilə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “köhlən atlılar”da keçirəcək. 21 yaşlı hücumçu Piter “Zenit”inin yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb.

Ötən yayda qara dənizlilərdən transfer olunan forvard qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib və mövsümü çempion kimi bitirib.

Qeyd edək ki, Ramil Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardir olub.

Həmin kateqoriyadan