- Baxış sayı: 33
- 23 Aprel 2024 22:00
- Baxış sayı: 28
- Aprel 23, 2024
- 0
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qazaxıstanlı həmkarlarına qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, gənc futbolçu 0:3 hesablı məğlubiyyətlə bağlı bunu söyləyib:
“Bu cür oyun gözləmirdim. Görünür, məğlubiyyətə layiq idik. Pis oynadıq. Mübarizələri uduzduq. Ancaq həvəsdən düşmək lazım deyil.
Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odur ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.