Ramil Şeydayev: Gündə mütləq 5 dəfə namaz qılıram

Bu gün millinin və Rusiyanın “Krılya Sovetov” komandasının hücumçusu Ramil Şeydayevin doğum günüdür. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçunun 23 yaşını qeyd edir. Bu münasibətlə klub telekanalı həmyerlimizə bir neçə sual ünvanlayıb:

– Sonuncu dəfə kimə zəng vurmusunuz?
– Valideynlərimə, daha dəqiq desəm, atama. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdə, baxçadakı vəziyyətləri ilə maraqlanıram.

– “Votsap”da son mesajınız hansı olub?
– “Votsap”da son olaraq, dostlarımla “Yuventus” – “Atletiko” oyununu müzakirə etmişik. Ronaldo sadəcə, möhtəşəmdir, qol maşınıdır.

– Hansı musiqiləri bəyənirsiniz?
– Axır vaxtlar musiqi dinləmirəm. Sonuncu dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Ümumiyyətlə, musiqiyə az-az qulaq asıram.

– Futbolu seçməsəydiniz…
– Futbolu seçməsəydim, bilmirəm, taleyim necə olardı. Amma boksdan xoşum gəlir. Özümü bu idman növündə, yaxud da basketbolda sınayardım.

– Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?
– Zəngli saat mənə çox tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Bundan sonra isə yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram.

Həmin kateqoriyadan