Ramil Şeydayev “Jilina”nın qalib gəldiyi oyunda iştirak etməyib

Slovakiya 1-ci liqasında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi “Jilina” evdə Trnava “Spartak”ı ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçdan qələbə ilə ayrılıb – 3:1. Əvvəlki görüşlərdə olduğu kimi, millimizin hücumçusu yenə mübarizənin iştirakçısı olmayıb.

“Sarı-yaşıllar” 6 xalla 12 klub arasında 7-ci pillədədir.

Həmin kateqoriyadan