Ramil Şeydayev “Krılya Sovetov”da qaldı

Millimizin hücumçusu Ramil Şeydayev “Krılya Sovetov”da qalacaq. Allsport.az saytı xəbər verir ki, 23 yaşlı hücumçu samaralıların təklifini qəbul edib və yeni müqavilə imzalamağa qərar verib.

O, komandanın Avstriyada təlim-məşq toplanışına qatılıb. Həmvətənimiz ötən çempionatda 18 oyuna 4 qol vurub.

Həmin kateqoriyadan