Ramil Şeydayev qışda “Trabzonspor”dan gedəcək

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qışda “Trabzonspor” klubunu tərk edə bilər. Allsport.az saytı xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Həmkarlarımız, qara dənizlilərin qış fasiləsində İngiltərənin “Aston Villa” klubunun çex forvardı Libor Kozakı heyətə qatacağını yazıb. Bu üzdən, həmvətənimizin hansısa kluba icarəyə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, yayda “bordo-mavililər”ə keçən Ramil Şeydayev indiyə qədər cəmi 3 rəsmi oyunda meydanda olub və 1 qol vurub.

Həmin kateqoriyadan