- Baxış sayı: 35
- 24 Aprel 2024 23:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Slovakiya 1-ci liqasında mövsümün sonuncu, 33-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Ramil Şeydayevin komandası doğma meydanda “Podbrezova” ilə qarşılaşıb.
“Jilina” bu matçda böyük hesabla qalib gəlib (4:0). Azərbaycan millisinin hücumçusu görüşün 61-ci dəqiqəsində meydana çıxıb.
O, 82 və 90-cı dəqiqədə vurduğu 2 qolla komandasının darmadağına sevinməsində əsas pay sahibi olub. Çempionluğunu xeyli öncə rəsmiləşdirmiş “sarı-yaşıllar” mövsümü 11 komanda arasında 73 xalla başa vurub.