Ramil Şeydayev “Trabzonspor”da növbəti qolunu vurub

Türkiyənin “Trabzonspor” klubu Macarıstandakı təlim-məşq toplanışında növbəti yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi komanda Budapeşt MTK-sı olub.

Matç qara dənizlilərin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birinin müəllifi həmyerlimiz olub. Millimizdə oynamaq üçün AFFA-ya müraciət edən futbolçu 68-ci dəqiqədə hesabı 4:0 edib. Start heyətdə meydana çıxan Ramil bu qoldan cəmi bir dəqiqə sonra əvəzlənib.

Bu, Ramilin “Trabzonspor”un heyətində vurduğu ikinci qoldur. Onu da xatırladaq ki, MTK bir müddət öncə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olmuşdu. Budapeştlilər komandamıza öz meydanlarında 1:2, Bakıda isə 0:2 hesabıyla uduzmuşdular.

Həmin kateqoriyadan