Ramil Şeydayev yığmamıza qarşı oynayacaq, Ayaz Quliyev yox

Sabah AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Rusiyanın 21 yaşadək futbolçulardan ibarət komandası artıq Bakıdadır. Allsport.az xəbər verir ki, şimal qonşularımız ötən gün matçın keçiriləcəyi “Bayıl Arena”da ilk məşqə də çıxıblar.

Rusiya yığmasının U-21 yığmasının baş məşqçisi ölkəmizə 20 futbolçu gətirib. Əvəzində o, müxtəlif səbəblərdən Ayaz Quliyev, Vasili Çerov və Denis Yakubanı Azərbaycana gətirməyib.

Rusiya yığmasının millimizlə oyun üçün gətirdiyi oyunçuların siyahısı isə aşağıdakı kimidir:

Qapıçılar: Anton Mitryuşkin (“Spartak”, Moskva), İqor Obuxov (“Zenit”, Sankt-Peterburq), Aleksandr Selihov (“Amkar”, Perm);

Müdafiəçilər: Vyaçeslav Karavayev (“Yablonets”, Çexiya), Yevgeni Kirisov (“Domodedovo”), Aleksandr Kleşenko (“Kuban”, Krasnodar), Vitali Lısçov (“Benfika”, Portuqaliya), Camaldin Hocaniyazov (“Orhus”, Danimarka), Nikita Çernov (ÇSKA, Moskva);

Yarımmüdafiəçilər: Dmitri Barinov, Sergey Makarov, Aleksey Mirançuk (hamısı – “Lokomotiv”, Moskva), Aleksey Qasilin (“Şalke”, Almaniya), Aleksandr Qolovin (ÇSKA, Moskva), İqor Konovalov (“Kuban”), Vladislav Levin, Aleksandr Taşayev (hər ikisi – “Dinamo”, Moskva), Konstantin Saviçev (“Spartak”, Moskva);

Hücumçular: Andrey Panyukov (“Ayaçço”, Fransa), Ramil Şeydayev (“Rubin”, Kazan).

Həmin kateqoriyadan