Ramil Şeydayevin komandası Moskvada “Dinamo”ya uduzub

Rusiya premyer-liqasında 24-cü turun oyunları keçirilir. Allsport.az saytı verir ki, yığmamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” Moskvada “Dinamo”ya 0:1 uduzub.

Həmyerlimiz görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

“Krılya Sovetov” 27 xalla 12-ci yerdədir.

Həmin kateqoriyadan