Ramil Şeydayevin komandası son yoxlama oyununda da sevinib

Türkiyənin “Trabzonspor” klubu Macarıstanda yeni mövsümə hazırlıqda növbəti yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası son sınaq matçını Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubuna qarşı keçirib.

Görüş qara dənizlilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həmyerlimiz bu görüşün 65-ci dəqiqəqindən mübarizəyə qoşulub. Bu, “bordo-mavililər”in Macarıstanda 6-cı yoldaşlıq oyunu idi. Komanda görüşlərin hamısında qələbə qazanıb. Türkiyə klubu 21 qol vurduğu halda, öz qapısında cəmi 1 top görüb. 21 qoldan 2-sini Ramil Şeydayev vurub.

Həmin kateqoriyadan