Ramil Şeydayevin komandasının ilk üzüntüsü

Türkiyənin “Trabzonspor” klubu Super liqanın yeni mövsümü ərəfəsində daha bir yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası İstanbulda “Bursaspor”la qarşılaşıb.

Matçdan öncə, qaradənizlilər Ramil də daxil olmaqla, bu yay yeni aldığı futbolçuları azarkeşlərə təqdim edib. Qarşılaşmaya gəlincə, “bordo-mavililər” 0:3 hesab ilə uduzublar. Həmvətənimiz bu görüşün 83-cü dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, bu, “Trabzonspor”un ilk məğlubiyyətidir. Qara dənizlilər Macarıstanda 6 yoxlama oyunu keçirib və hamısında qalib gəlibdilər. Həmin oyunlarda qapısında cəmi 1 top görüb, 21 qol vuran trabzonluları 2 dəfə də azərbaycanlı futbolçu sevindirmişdi.

Həmin kateqoriyadan