Ramil Şeydayevin Rusiya premyer-liqasında ardıcıl 3-cü qolu

Rusiya premyer-liqasında 20-ci turunda “Krılya Sovetov” səfərdə “Anji”ni 2:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, millinin hücumçusu Ramil Şeydayev 63-cü dəqiqədə meydana girib.

Komandasının sonuncu qolunu məhz o vurub. Həmyerlimiz 88-ci dəqiqədə penaltidən fərqlənib. Bu, Ramilin Rusiya çempionatında ardıcıl 3-cü qoludur.

Samara təmsilçisinin heyətində digər azərbaycanlı Aleksandr Səmədov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. “Krılya Sovetov” 24 xalla 10-cu yerdədir.

Həmin kateqoriyadan