Ramilin komandası erməni klubuna qalib gəlib

Moskva “Dinamo”su milli komandalarla bağlı yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirib.

Allsport.az saytı xəbər verir ki, yığmamızın hücumçusu Ramil Şeydayevin komandası Ermənistanın “Pünik” klubu ilə üz-üzə gəlib.

Bu görüş Rusiya klubunun 2:0 qələbəsi il bitib.Futbolçumuz millinin düşərgəsində olduğundan, bu qarşılaşmanın iştirakçısı olmayıb.

Həmin kateqoriyadan