Ramin Musayev “Neftçi”də ləzgi xəncəri ilə kimin başını kəsəcəyini deyib?

Ramin Musayevlə Kamran Quliyev arasında söz atışması davam edir və fərqli müstəviyə keçir. Allsport.az saytı xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidentinin “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov haqda məlum açıqlamasına verilən cavabı bilirsiz. Bakılıların yeni prezidenti ondan gözlənilməyən tərzdə, amma yerində reaksiya göstərmişdi. Onu saxlamaqmı olar? Futbolumuzun qalmaqallı adamı “Sumqayıt” – “Neftçi” matçından sonra yenə danışın və müzakirə üçün mövzu verib. Əslində, belə çox maraqlıdır. Sönük, boz görünən futbol təsərrüfatımızı belə atmacalarla, debatlarla daha maraqlı etmək olar. Həm əyləncəlidir, həm də mübhəm sirrlər açılır.
– Klub prezidentlərinin dəyişiklikləri ilə bağlı nə düşünürsüz?
– Nə deyə bilərəm? Belə məsləhət biliblərsə, belə də olmalıdır.
– Sizcə, premyer liqa klublarının prezidentlərinin yerdəyişməsi qəribə deyil?
– Yerdəyişmə olmayıb axı. Əgər “Neftçi”nin də prezidenti “Sumqayıt”a keçsəydi, onda yerdəyişmə olardı.
– Yaxşı, prezidentin bir klubdan digərinə keçməsi düzgündür?
– O sualı mənə yox, keçən adamın özünə vermək lazımdır. Amma əgər belə məsləhət görülübsə ki, gedib orda çalışmalıdır, bunu artıq şərh etməyə gərək yoxdur. Görürsüz ki, “Sumqayıt” gözəl oyun nümayiş etdirir. Yəqin həmin insana olan inamdır ki, “xalq komandası” “Neftçi” ona həvalə olunub.
Bu kiçik dialoqdan min məna çıxarmaq olar. Ramin Musayev sanki bütün bu proseslərin gülməli ssenari olduğunu demək istəyir – nə açıb-ağartmır, nə malalamır. Mənzərəni ortaya qoyur, sonra da hədəf göstərir: “O sualı mənə yox, keçən adamın özünə vermək lazımdır”…. Arxasınca da 2 cümlə yağlama mesajı.
Əslində, bunun arxasınca Kamran bəyin “Xüsusi vurğulayım ki, “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz” sitatına Musayevin əlavəsi olmalıydı. Ramin bəy deməliydi ki: “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç prezident də təyin edə bilməzdi, amma ediblər”.
Futbolinfo.az-in məlumatına görə, PFL prezidenti Kamran Quliyevin açıqlamasına məhəl qoymadan Əhmədovla bağlı yenə danışıb. Onun işlətdiyi bir cümlə başa düşənlər üçün çox mətləbə işıq salır. Tərlan bəyi necə cəzalandıracağına zarafatla verdiyi cavaba baxın: “Ləzgi xəncəri ilə başını kəsəcəm”.
Nə qədər inkar etsə də, bu, dost-tanış “kruq”una atılan atmacadır. Yəni ki, qrupunuzu tanıyıram, qarşınızdayam. Yoxsa ki, ləzgi xəncəri ilə baş kəsmək heç vaxt Musayevin zarafat leksikonunda olmayıb, təzə sözdür. Halbuki bu atmacaya ehtiyac yox idi, birləşmək, iriləşmək zamanıdı…

Həmin kateqoriyadan