Ramin Musayevin premyer liqasında kütləvi dava

Premyer liqanın 16-cı turunda “Qəbələ” – “Zirə” matçından sonra ara qarışıb. Allsport.az saytı xəbər verir ki, baş hakim Rauf Cabbarov final fitini səsləndirəndən kimi, rəqib futbolçular arasında qalmaqal yaşanıb.
Qalmaqal “Zirə”nin hücumçusu Riçard Qadze ilə “Qəbələ”nin oyunçuları arasında başlanıb. Daha sonra məsələyə qonaqların digər üzvü Sadio Tounkara və ev sahiblərinin kapitanı Cavid Hüseynov da müdaxilə edib. Futbolçuların əlbəyaxa olmasına komanda yoldaşları imkan verməyib. Məşqçilər və digər şəxslərin də müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Futbolinfo.az-a görə, bu epizodların videoyazısına mütləq baxılmalıdır. Çünki bir-birinə zərbə endirən futbolçular da var və onların konkret hansı günahı olduğunu müəyyənləşdirmək üçün təkrarlara diqqət edilməlidir.

Həmin kateqoriyadan