“Rapid”in hücumçusu “Neftçi”yə keçir

Rumıniyalı hücumçu Katalin Tira karyerasını “Neftçi”də davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, “Rapid”də çıxış edən futbolçu klubun Rumıniya Liqa 1-indən uzaqlaşdırılmasından sonra, “ağ-qaralar”a keçməyə qərar verib. O, bu gün Bakıya gedəcəyini açıqlayıb:

“Şənbə günü Bakıya gedib, yeni komandama qoşulacağam. Bu, mənim üçün yaxşı təcrübə olacaq”. Qeyd edək ki, Tira karyerasına Niderlandın “Den Haaq” klubunda başlayıb. 2014/15 mövsümündə Rumıniya “Braşov”unda 19 oyunda 2 qol vurub. Son iki mövsümdə isə “Konkordiya” və “Rapid”ə çıxış edib. Rumıniyanın gənclərdən ibarət yığmasında 3 oyun keçirib, 1 qol vurub.

Həmin kateqoriyadan