Raqif Abbasov: Azərbaycan güləşçilərinin göstərdiyi şücaət heyrətamizdir

Güləş federasiyası bu gün mövsümə yekun vurdu. Allsport.az saytı xəbər verir ki, bununla bağlı AGF «Topqapı» restoranında tədbir keçirdi. Tonlantıda federasiya nümayəndələri ilə yanaşı, idman rəsmiləri, məşqçilər, güləşçilər, yerli referilər, eləcə də ölkə çempionatını idarə etmiş əcnəbi hakimlər və KİV əməkdaşları iştirak etdilər.

Tədbirdə müxtəlif nominasiyalarda ilin qalibləri bəlli oldu. Yunan-Roma güləşi üzrə «ən yaxşı məşqçi» adını gənclər millisində çalışan Şaban Donad qazandı. Ona mükafatı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təqdim etdi. O, çıxışında qazanılan uğurlardan danışdı:

«Azərbaycan güləşçilərinin göstərdiyi şücaət heyrətamizdir. Bu idman növü dünya arenasında aparıcı mövqe tutur. Hər böyük bir qələbəmizdə güləşçilərin imzası var. Federasiya stabil və sürətli xətlə fəaliyyətini davam etdirir. Qarşıda bizi yeni və çətin sınaqlar gözləyir. Əminəm ki, güləşçilərimiz həm Avropa Oyunları, həm də Rio Olimpiadasında xalqımızı sevindirəcək».

Foto: AGF

Həmin kateqoriyadan