Raquf Orucov kubokunda “Judo-2012” 2-ci olub

Gənclər və idman nazirliyinin, cüdo federasiyasının dəstəyi, “Judo Club 2012”nin təşkilatçılığı ilə 3-cü Raquf Orucov kuboku başa çatıb.

Allsport.z saytı xəbər verir ki, U-21 arasında keçirilən beynəlxalq yarışda Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan ümumilikdə 17 komanda iştirak edib.

Tədbirin qalibi Gürcüstan millisi olub. 2-ci yeri “Judo-2012”nin “Judo Club-1” kollektivi tutub. 3-cü yerdə Rusiyanın “Mahaçqala” və “Qroznı” komandaları qərarlaşıblar.

Həmin kateqoriyadan