Rauf Əliyev “Qəbələ”də

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıb. 29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər bu komandanın şərəfini qoruyacaq.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan forvard ötən ilin ikinci yarısında bu ölkədə legionçu həyatı yaşayıb. O, Azərbaycan karyerasında “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014-2015), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarda çıxış edib.

Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

Həmin kateqoriyadan