Rauf Əliyev: “Qarabağ” Albaniya klubundan çox güclüdür

Milli futbolçu Rauf Əliyev çempionlar liqasında “Qarabağ”ın rəqibi olan Albaniyanın “Kukesi” klubu barədə  fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, futbolinfo.az-a açıqlamasında keçmiş komandası barədə bunu deyib:

“Kukesi” mənim oynadığım vaxtla müqayisədə indi çox dəyişib. Onlarla yoldaşlıq görüşü də oynadıq. Gördüm ki, çox dəyişilib.

Mən oynadığım vaxtda olan futbolçuların 90 faizi komandadan ayrılıb. İndi tam başqa heyətə malikdirlər. Amma yenə də “Qarabağ”ı daha şanslı görürəm. Yəni favorit olaraq komandamız daha güclüdüк”.

Həmin kateqoriyadan