Rauf Əliyev: Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım

“Ay-ulduzlular”ımız Dohada Qətərin futbolçularına 2:1 hesabl ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, millimizin oyununda iştitak edən “İnter”in hücumçusu Rauf Əliyev qələbəyə belə şərh verib:

“Hər iki komandanın qol vurmaq şansları oldu. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu. Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qələbə ilə ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım.

Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım”.

Həmin kateqoriyadan