Rauf Əliyevin “Neftçi”dəki forma nömrəsi bəlli oldu

“Neftçi”nin qış fasiləsində heyətinə qatdığı Rauf Əliyevin komandada neçə nömrəli formanı geyəcəyi müəyyənləşib. Allsport.az xəbər verir ki, təcrübəli hücumçu yeni komandasında 22 nömrəli formanı geyinəcək.

Klubun rəsmi “Facebook” səifəsindən verilən məlumata görə, bu seçim azarkeşlərin istəyi ilə reallaşıb: “Əziz azarkeşlər, xatırlayırsınızsa, sizə Rauf Əliyevin “Neftçi”də hansı formanı geyinməsi ilə bağlı sual ünvanlamışdıq. Təklifləriniz arasında 9, 11 və 22 nömrələri çoxluq təşkil etdi. 9 və 11 nömrəli formalar Flavinyo və Nikolas Kanalesdə olduğundan, dəyərli təklifləriniz nəzərə alınaraq Rauf Əliyevə 22 nömrəli forma təqdim edildi. Hər birinizə təşəkkür edirik”.

Həmin kateqoriyadan