Rauf Məmmədov “Aeroflot open”də 2-ci, Nərmin Xələfova beynəlxalq qrossmeyster oldu

Moskvada “Kosmos” mehmanxanasında “Aeroflot open” festivalı sona yetib. Allsport.az saytı xəbər verir ki, “A” yarışında yer alan Rauf Məmmədov (2688) yekunda 5,5 xalla 12-22 yeri bölüşdürüb. Əmsala görə şahmatçımız 17-ci olub. Əvəzində, təmsilçimiz sürətli oyunda fərqlənib. Qrossmeysterimiz 200 nəfərin çıxış etdiyi bu turnirdə 13,5 xalla 2-ci pilləni tutub.

“B” turnirində mili komandamızın üzvlərindən Nərmin Xələfova (2250) 39-cu (5 xal), Gulnar Məmmədoba (2401) 82-ci (4) sırada qərarlaşıblar.  Adı ilk çəkilən xanım şahmatçımız 48 reytinq xalı artıraraq qadınlar arasında beynəlxalq qrossmeyster, kişilərdə beynəlxalq usta adını alıb. Yarışın ümumi mükafat fondo 140 000 avro təşkil edib.

Həmin kateqoriyadan