Rauf Məmmədov və Nərmin Xələfova Aeroflot open-2017-yə qatılıb

Bu gün Moskvanın “Kosmos” mehmanxanasında “Aeroflot open 2017” beynəlxalq şahmat festivalı start götürüb. Allsport.az saytı xəbər verir ki, iştirakçıların reytinqinə uyğun təşkil edilən bu turnirlərin hər biri (“A”, “B” və “C”) 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir.

Bunların arasında 2550-dən yuxarı reytinq xalı tələb olunan və adətən ən güclü şahmatçıların iştirak etdiyi “A” qrupu daha çox maraq doğurur. Yarışın mükafat fondu 140 min avrodur.

Festival çərçivəsində keçiriləcək 3 turnirə 313 şahmatçı, o cümlədən 100 qrossmeyster qatılıb. Əsas “A” turnirində Azərbaycanı Rauf Məmmədov təmsil edir.

“B” turnirində 109 şahmatçı, o cümlədən 19-nun qrossmeyster iştirak edir. Bu qrupda bizdən Nərmin Xələfova mübarizə aparır. Festival çərçivəsində 3 açıq turnirlə yanaşı, blits-turnir də keçiriləcək.

Həmin kateqoriyadan