Rauf Mehdiyev “Şəmkir”ə qayıdıb

Gələn mövsüm Premyer liqaya çıxmağı qarşısına məqsəd qoyan “Şəmkir” klubu heyətini gücləndirməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, bölgə təmsilçisi Rauf Mehdiyevlə anlaşıb.

Bir vaxtlar “Şəmkir”in çərçivəsini qoruyan əlcək sahibi indi “ağ-qırmızılar”ın qapıçılarla işləyən məşqçisi vəzifəsində çalışacaq. Dünən onunla 2 illik müqavilə bağlanılıb.

40 yaşlı mütəxəssis futbolçu kimi “Şəmkir”in heyətində 2 dəfə ölkə çempionu adını qazanıb.

Həmin kateqoriyadan