Rauf şəxsi göstəricidə qızıl, Şəhriyarla Teymur gümüş medal qazanıb

Yunanıstanın Krit adasında komandalararası Avropa çempionatında qalib olan şahmatçılarımız şəxsi göstəricidə fərqləniblər. Allsport.az saytı xəbər verir ki, 4-cü lövhədə 9 oyuna 8 xal yığan Rauf Məmmədov qızıl medal qazanıb.

2-ci taxtada oynayan Teymur Rəcəbov gümüş mükafata sahiblənib. O, Yunanıstanı tərk edib başqa yarışa yollandığı üçün, medalını kapitan Eltac Səfərli alıb. Eyni uğura ilk masada Şəhriyar Məmmədyarov da yetişib.

Həmin kateqoriyadan