Raufun ardından, Nurlan da «Qranada»lı həmyerlimizi qısqandı

«Qranada»nın yarımmüdafiəçisi Eddi İsrafilovun Azərbaycan millisində çıxış etməyə razılıq verməsindən sonra, yerli futbolçular həmvətənimizin bu addımına reaksiya verməyə başlayıblar.

Allsport.az saytı xəbər verir ki, «ay-ulduzlular»ımızın hücumçusu Rauf Əliyevin qısqancyana açıqlamasının ardından, «Bakı»nın gənc forvardı Nurlan Novruzov da İspaniyada oynayan həmyerlimizin şəninə xoş söz səsləndirməyib.

Sitat: «Güclü futbolçulara hərdə ehtiyac var. Amma Eddi İsrafilovun oyunu bizdən fərqlənmirsə, onun milliyə cəlb olunması səhv addım hesab edirəm».

Həmin kateqoriyadan