“Red Bull” Bakı-2017-nin 4-cü rəsmi dəstəkçisi olub

“Red Bull” Bakı İslam həmrəyliyi oyunlarının 4-cü rəsmi dəstəkçisi olub. Allsport.az saytı xəbər verir ki, şirkət yarışlar ərzində enerji içkilərinin təchizatçısı olmaqla yanaşı, Bakı-2017 ərəfəsində keçirilən tədbirlərdə öz məhsulunu bəzi məkanlarda təqdim edəcək.

Sonra enerji içkiləri istehsal edən şirkət seçilmiş arenalarda tamaşaçılar üçün əyləncələr təşkil edəcək ki, buraya məşhur idmançılar və diceylərlə görüşlərin təşkili də daxildir. Bununla yanaşı, “Red Bull”, İdmançılar kəndində idmançılar üçün də əyləncəli tədbirlərin təşkilini planlaşdırır.

 

Həmin kateqoriyadan