FOTO
«Red Bull Xalçaların şahı»nda ən yüksək mükafatı «Gavriki» komandası aldı

Bu gün Şaxdağ dağ-xizək kurortunda «Red Bull Shakh Carpet» – ən kreativ idman yarışı keçirildi. Allsport.az saytının məlumatına görə, sayca ikinci dəfə təşkil olunan «Xalçaların şahı» adlanan müsabiqənin mahiyyəti, maskarad kostyumu geyinmiş iştirakçılar, dağdan eniş üçün istənilən qurğularla, 80 metr uzunluğu və sonu 80 sm kiçik tramplin hündürlüyündən ibarət olan məsafəni qətt edərək, sonda soyuq su ilə dolu hovuza enmələrindən ibarətdir! Ən maraqlısı odur ki, nəqliyyat vasitəsində, iştirakçıların müsabiqə üçün xüsusi olaraq yaratdıqları əsas element – XALÇAdır!

Musabiqəyə 21 komanda qatıldı. İştirakçılar qaydalara əsasən, yaradıcı konsepsiyasını fikirləşib, xalçanın köməyi ilə sürüşmə üçün qurğunu düzəldərək, orijinal ad düşünüb və ona uyğun şən kostyumlar hazırlamışdılar. Münsiflər heyətinin üzvləri qalibləri üç meyar üzrə müəyyən etdilər. Ən yaxşı tullanmada qalib adını Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinin «Gavriki» komandası qazandı. «Tank over» kostyumların və çıxışın kreativliyində fərqləndi. «National heroes» tamaşaçı simpatiyasında seçildi.

Tədbir ilk dəfə ötən ilin 22 fevralında keçirildi. O zaman 23 komanda iştirak etmişdi. Ən yaxşı tullanma nominasiyasında «Xalça oğruları» qalib olmuşdu. Kostyumların kreativliyi nominasiyasında «Kəpənəklər»,  tamaşaçı simpatiyası «Robo-Şahlar» qazanmışdı.

image (4)image (3) image (2)image (6)image (1) image

Həmin kateqoriyadan