“Red Bull”un dəstəyi ilə azarkeş zonası

“Neftçi” tərəfdarlarına səslənib. Allsport.az saytı xəbər verir ki, müraciətdə fanzona haqda məlumat verilib:

“Əziz azarkeşlər! Topaz premyer liqasının 4-cü turu çərçivəsində sentyabrın 16-da “Bakcell arena”da keçiriləcək “Neftçi” – “Keşlə” matçından öncə sizin üçün xüsusi fanzona yaradılacaq. “Red Bull”un dəstəyi ilə təşkil olunacaq fanzonada sizi müxtəlif əyləncələr gözləyir.

Zərbənizin dəqiqliyini “Real penalti”də yoxlaya, rənglərinizi göstərmək üçün “Face Art”dan istifadə edə biləcəksiz. Məhz sizin üçün “Masaüstü futbol” yarışı təşkil olunacaq. Bundan əlavə, Bakıda artıq kifayət qədər tanınan “Panna” yarışı sizi gözləyəcək. Fanzonada “Red Bull”un DJ-i öz performansını göstərəcək. Eyni zamanda, azarkeşlərimiz fanşopumuzdan istifadə edə biləcəklər.

Fanzonanın bütün təkliflərindən yararlanmaq üçün 21:00-da start götürəcək oyuna iki saat qalmış stadionda olmağınızı xahiş edirik”

Qeyd edək ki, bu, “Neftçi” öz stadionu olan “Bakcell arena”nın qazonunda 4 aya yaxın gedən yenidənqurma işlərindən sonra ilk qarşılaşması olacaq.

Həmin kateqoriyadan