“Red Bull”un pilotu qəzaya uğrayıb, sərbəst yürüşü dayandırıb

Formula1 Azərbaycan qran-prisində ilk sərbəst yürüş “Red Bull Racing” üçün düşərli olmayıb. Allsport.az saytı xəbər verir ki, komandanın sürücüsü Maks Ferstappen mübarizəni dayandırıb.

Niderlandlı yürüşdə yolu səhv salıb. O, 5-ci döngədə düz dönməyib, idarə etməni itirərək müdafiə səddinə çırpılıb. Bu zaman avtomobildə texniki problem yaranıb və pilot sərbəst yürüşü dayandırmalı olub.

Həmin kateqoriyadan