Renat Dadaşov “Ayntraxt”ı önə çıxarsa da…

“Ayntraxt”ın U-19 komandası gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, frankfurtlular 19-cu turda səfərdə “Qroyter”lə üz-üzə gəliblər.

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2. “Ayntraxt”da çıxış edən millimizin hücumçusu Renat Dadaşov 32-ci dəqiqədə hesabı 2:1 edərək “qartallar”ı önə keçirib. Amma qonaqlar qalan vaxt ərzində üstünlüyü qoruya bilməyiblər.

“Ayntraxt” 19 xalla 12-ci yeddədir.

Həmin kateqoriyadan