Renat Dadaşov qol vurdu, “Ayntraxt” qalib gəldi

Almaniyanın gənclər liqasının cənub-qərb zonası üzrə birincilikdə 25-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Renat Dadaşovlu “Ayntraxt”ın U-19 doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda üstün tərəf olub (5:3). Azərbaycanlı hucumçu Dadaşov sonda əvəzlənib. O, 85-ci dəqiqədə fərqlənib. Hazırda “qartallar” 33 xalla 14 klub arasında 9-cu pillədədir.

Həmin kateqoriyadan