Respublika günü və Sumqayıtın 70-illiyi münasibəti ilə dostluq görüşü

28 May – Respublika günü və Sumqayıt şəhərinin 70-illiyi ilə əlaqədar olaraq sumqayıtlı futbol veteranları ilə Rusiyanın Stavropol diyarının veteranları arasında dostluq oyunu keçirilib. 

Allsport.az saytı xəbər verir ki, oyundan öncə isə “Sumqayıt”ın vitse-prezidenti Vaqif Ömərov, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Elgün Hümbətov, veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov, qonaqların kapitanı, Stavropol Diyarının futbol veteranları ittifaqının rəhbəri, həmyerlimiz, “Yedinaya Rossiya” partiyasının ərazi üzrə rəhbəri, deputat Məliksabit Kazımov çıxış etdilər. 

Veteran hakim Anar Salmanovun idarə etdiyi qarşılaşma Sumqayıt veteranlarının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Sumqayıt veteranlarının heyətində Seymur Rəhimov və Elnur Əşrəfoğlu, Stavropol veteranlarından isə Ruslan Balkarov fərqlənib.

Həmin kateqoriyadan