Reynaldo: Azərbaycan millisində çıxış etmək istəyirəm

“Qarabağ”ın hücumçusu Reynaldo milli komandamızda oynamaq imkanından danışıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu bu məsələni müsbət dəyərləndirib:

“Mənə burada münasibət çox yaxşıdır. Hər şey xoşuma gəlir. Əvvəlki formamı bərpa edib, daha da yaxşı oynamaq istəyirəm. Artıq uzun müddərdir Azərbaycandayam.

Mümkün olsa, milli komandanızda çıxış edərdim. Buna hazıram. Azərbaycan xalqını sevindirmək istəyirəm”.

Həmin kateqoriyadan