Riçard Almeyda: Mən Azərbaycana qayıdanda, “Neftçi”dən 5 xal geridə idik

“Qarabağ”ın futbolçusu Riçard Almeyda çempionluq sevincini KİV-lə bölüşdü. Allsport.az saytı xəbər verir ki, o, premyer liqanın 27-ci turunda “Səbail”ə 4:0 qalib gələrək, ardıcıl 6-cı qələbə barədə bunu söylədi:

“Çox möhtəşəm hisslərdir. Mən Azərbaycana qayıdanda, “Neftçi”dən 5 xal geridə idik. Sonda isə 5 xal fərqlə çempion olduq. Özümüzə inandıq, çalışdıq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq. “Qarabağ” mənim ailəmdir, ürəyimdədir. Ailəm də Azərbaycanı, “Qarabağ”ı sevir. “Qarabağ” bizim üçün çox şeydir”.

Həmin kateqoriyadan