Riçard Almeyda millimizə dəvət alıb

Qazaxıstanın “Astana” klubunda çıxış edən Riçard Almeyda millimizə çağrılıb.

Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçisi millətlər liqası çərçivəsində sentyabrın 7-də Kosovoya qarşı ev, ayın 10-da Malta ilə səfər oyunlarına dəvət olunub.

“Qarabağ”ın Braziliya əsilli keçmiş futbolçusu 2017-ci ildən Azərbaycan yığmasının şərəfini qoruyur. O, millidə 8 oyun keçirib.

Həmin kateqoriyadan