Rio Paralimpiya oyunlarında ilk medal cüdoçumuzdan gəlib

Rio Paralimpiya oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 2 cüdoçumuz tatamiyə çıxıb. İlk mərhələdən azad olan Bayram Mustafayev ( 66 kq) 1/4 finalda yerli Halison Oliveyranı, sonra yaponiyalı Satoşi Fujimotonu məyus edib.

Finalda özbəkistanlı Utkircan Niqmatova uduzan həmyerlimiz gümüş medalla kifayətlənib. Ramin İbrahimov (60 kq) 5-ci yeri tutub.

Həmin kateqoriyadan