Robert Karlos: Yayda Azərbaycandan təklif almışdım

“Çin, Türkiyə, Hindistan, Azərbaycan və Özbəkistanın keçmiş futbol ölkəsi olduğunu düşünənlər, tamamilə yanılırlar. Həmin məmləkətlərdə bu idmanı çox sevirlər”. Allsport. az saytı xəbər verir ki, bu sözü braziliyalı gənc mütəxəssis Roberto Karlos deyib. Türkiyədə “Sivasspor” və “Ağhasar”ı klublarını çalışdırdıqdan dünya çempionu, yayda işləməyə Hindistana yollanıb.

“Delhi Dinamos”un yeni baş məşqçisi Braziliya mətbuatına açıqlamasında, Azərbaycanın da adını çəkib. O, yayda ölkəmizdən təklif aldığını açıqlayıb: “Adını çəkdiyim ölkələr – Çin, Türkiyə, Azərbaycan, Özbəkistan, o cümlədən Hindistanda futbol sahəsində böyük işlər görülür, struktur formalaşdırılır.

Azərbaycan, İran və Cənubi Afrikadan təklif almışdım. Məni məşqçi kimi dəvət edirdilər. Qətər və Çində işləmək variantı da var idi. Amma mən Hindistanda çalışmağa qərar verdim”.

Həmin kateqoriyadan