Robert Prosineçi “El Klasiko”ya köməkçiləri ilə baxıb

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçi İspaniyanın “Real” və “Barselona” klubları arasında baş tutan növbəti görüşü canlı izləyib. Allsport.az saytı xəbər verir ki, hazırda Azərbaycanda olan xorvatiyalı mütəxəssis bunun üçün köməkçiləri ilə birgə Bakıdakı klublardan birinə üz tutub.

Onunla yanaşı, qarşılaşmanı Mahmud Qurbanov və millimizin administratoru Riad Rəfiyev də izləyib. Qeyd edək ki, “El Klasiko” 1:1 hesabı ilə başa çatıb.

Həmin kateqoriyadan