Robert Prosineçki: Bosniya və Hersoqovinadan təklif gəlməyib

Azərbaycan millisinin müqaviləsi başa çatmaqda olan baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovinı çalışdırmaqla bağlı təklif almasını xəbərinə münasibət bildirib. Allsport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis açıqlamasında bunu deyib:

“Bosniya və Hersoqovina yığması əla futbolçulardan qurulub. Bu komandadan təklif almağıma gəlincə, bu sual mənə ikinci dəfə ünvanlanır. Bunu yenicə eşitmişəm. Heç bir şeydən xəbərim yoxdur. Mənə heç bir təklif gəlməyib”.

Həmin kateqoriyadan