Robert Prosineçki: “Qələbə qazanmaq istəyirik”

DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Norveç oyunu ilə bağlı mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki bu görüşlə bağlı bunu söyləyib: “Komanda 5 gündür hazırlığa başlayıb. Hazırlıq prosesindən razıyam. Düzdür, zədəli futbolçularımız olduğu üçün tam heyətlə məşq edə bilməmişik. Amma seçmə mərhələdə ilk ev oyunumuzda qələbə qazanmaq istəyirik.

Norveç yığmasının güclü rəqib olduğunu bilirik. Seçmə mərhələyə Almaniya yığmasına məğlubiyyətlə başlamalarına baxmayaraq, rəqibimizin heyətində Avropanın bir sıra tanınmış komandalarında çıxış edən futbolçular var. Bununla belə, bizi daha çox öz hazırlıq səviyyəmiz maraqlandırır. Sabahkı oyunda qələbə qazanmaq istəyirik.

Komandama güvənirəm. İnanıram ki, Norveç yığması ilə oyundan sonra azarkeşlərin Azərbaycan milli komandasına münasibəti yaxşı mənada bir qədər də dəyişəcək. Azarkeşlərdən stadiona gələrək millini dəstəkləmələrini xahiş edirəm”.

Həmin kateqoriyadan