Robert Prosineçki: Standart vəziyyətlərdən çox qol buraxırıq

DÇ-2018-in seçmə mərhələsində evdə çex millisinə uduzan (1:2) Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyun sonrası mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis komandamızın çoxlu səhvə yol verdiyini deyib:

“Bizi çətin oyun gözlədiyini demişdim. Bu gün bir daha bunun şahidi olduq. İlk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Amma əfsuslar olsun ki, sonra yenə “ikinci mərtəbə”dən qol buraxdıq. Ardınca Ramil Şeydayev əlinə düşən imkandan yararlana bilmədi.
Buna baxmayaraq, komandamdan razı qaldım. Qələbə münasibətilə Çex Respublikası yığmasını təbrik edirəm. Futbolda səhvlər olur. Bu gün də komandam səhvlərə yol verdi. Standart vəziyyətlərdən çox qol buraxırıq. Bəzi mövqelərdə problemlər var”.

Həmin kateqoriyadan