Robert Prosineçki Ufuq Budağı milliyə dəvət edib

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki komandanın sabiq müdafiəçi Ufuq Budağa dəvət göndərib. Allsport.az saytı xəbər verir ki, uzun müddət idi yığmamıza çağrılmayan Türkiyənin “Qaziantep BB” klubunun üzvü ilk dəfə xorvatiyalı mütəxəssisin siyahısında yer alıb.

Ufuq millimizin qarşıdakı Avstriya toplanışında iştirak edəcək. Vyanadakı hazırlıqda komandamız mayın 23-dən iyunun 4-dək üç yoxlama matçına çıxacaq. Rəqiblərimiz isə Andorra, Makedoniya və Kanadadır.

Qeyd edək ki, 25 yaşlı Budaq cari mövsümdə Türkiyə PTT 1-ci liqasında 26 oyuna çıxıb, 2 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti may ayının sonunda başa çatacaq. Türkiyə mətbuatının iddiasına görə, futbolçu ilə Super Liqa klubları da maraqlanır.

Həmin kateqoriyadan